TƏRKİBİ: 15 ml-də:
Propolis ekstraktı – 0,09 ml
Exinaseya ekstraktı – 0,045 ml
Nanə efir yağı – 0,012 ml
Evkalipt efir yağı – 0,009 ml
Dağ şamı efir yağı – 0,009 ml
Köməkçi maddələr: qliserin, dadlandırıcı: Steviya bitkisinin qlikozidi.
FARMAKOLOJİ TƏSİRLƏRİ:
Duprilin Oral dərman bitkilərinin izotonik məhlulda həll edilmiş ekstraktından və efir yağlarından ibarət oral spreydir. Yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərində və boğaz qıcıqlanmaları zamanı effektiv təsirə malikdir. Antibakterial təsir göstərir, iltihabi prosesləri aradan qaldırır.
Propolis ekstraktı – bal arılarının xüsusi olaraq hazırladıqları mürəkkəb tərkibli bir maddədir. Tərkibi xeyirli maddələrlə (qalanqin, efir yağları, qatran, vitaminlər, mikroelementlər, mum) zəngindir. Tərkibində olan qalanqin bioflavonoidi sayəsində antibakterial və antifunqal təsirə malikdir. Duprilin Oralın tərkibində olan Propolis ekstraktı sertifikatlaşmış MAEFTM metodu ilə əldə olunduğu üçün daha çox konsentrasiyalaşmış ekstrakt alınır, yəni aktiv komponenti olan Qalanqin bioflavonoidi tərkibində 24 mq/ml deyil, 41 mq/ml təşkil edir.
Həmçinin iltihab əleyhinə, virus əleyhinə, ağrıkəsici (novokaindən 2-3 dəfə güclüdür) effekt göstərir, regenerasiyanı aktivləşdirir, mikrosirkulyasiyanı yaxşılaşdırır.
Exinaseya ekstraktı – tərkibindəki bioloji aktiv maddələr orqanizmin qeyri-spesifik müdafiə qüvvələrini aktivləşdirir. Exinosidlər faqositozu stimullaşdıraraq mikroorqanizmlərin böyümə və çoxalmasının qarşısını alır, antibiotiklərin təsirini artırır. Həmçinin virus əleyhinə, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir.
Nanə efir yağı – flavonoidlər, efir yağı ilə zəngindir. Efir yağının əsas komponenti olan mentol antiseptik və iltihab əleyhinə təsirlərə malikdir, hiperemiyanı, ödemi və ağrını azaldır, sərinləşdirici təsir göstərir.
Evkalipt efir yağı – zəngin tərkibə malikdir, sineol evkaliptin əsas tərkib komponentidir, bundan başqa tərkibində terpenlər, üzvi turşular, aldehidlər, flavonoidlər, tanninlər də var. Evkalipt yağı antibakterial, iltihab əleyhinə, virus əleyhinə, analgetik, regenerasiyaedici və immunostimulyator təsirlərə malikdir. Burun-udlağın selikli qişasına sakitləşdirici və yumşaldıcı təsir göstərir.
Dağ şamı efir yağı – xlorofil, karotin, K vitamini, fitonsidlər, alkaloidlər, terpen maddələrlə zəngindir. İltihab əleyhinə, antiseptik, antifunqal, regenerasiyaedici və immunostimulyator təsirlərə malikdir.
GÖSTƏRİŞLƏRİ:
İSTİFADƏ QAYDASI VƏ DOZASI: 1-2 püskürmə ağız boşluğuna və ya boğaz nahiyəsinə gündə 3-4 dəfə istifadə olunur.
ƏKS GÖSTƏRİŞLƏRİ: Preparatın komponentlərinə qarşı fərdi həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ: Müəyyən edilməmişdir.
BURAXILIŞ FORMASI: Oral sprey 15 ml
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland