Tibbi vasitə – Vaginal duş
Tərkibi: (100 ml-də)
Xlorheksidin 0.05% – 5 mq
Dekspantenol 5% – 50 mq
Evkalipt yağı ekstraktı – 100 mq
Gülümbaharın yağlı (Kalendula) ekstraktı – 60 mq
Ortiliya ekstraktı – 100 mq
Hialuron turşusu – 5 mq
Pruvag – antiseptik, iltihab əleyhinə, regenerasiyaedici və nəmləndirici təsirlərə malik yerli istifadə olunan preparatdır.
XÜSUSİYYƏTLƏRİ:
Xlorheksidin – yerli təsirli geniş spektrə malik antiseptik olub, qrammüsbət və qrammənfi bakteriyalara: Treponema pallidium, Neisseria gonorrhoeae, Gardnerella vaginalis, Bacteroides fragilis, Escherichia coli, Staphylococcus spp., Streptococcus spp.; o cümlədən Chlamidia spp.,Ureaplasma spp.; ibtidailərə (Trichomonas vaginalis), göbələklərə və viruslara qarşı aktivdir.
Hialuron turşusu – endogen polimerdir. Hialuron turşusu su molekullarını özünə birləşdirməsi hesabına yüksək nəmləndirici təsir göstərir, uşaqlıq yolu selikli qişasını nəmləndirir və selikli qişanı bürüyərək patogen bakteriyalara qarşı “baryer effekti” yaradır. Zədələnmiş uşaqlıq yolu nahiyəsində regenerasiya proseslərini sürətləndirir, selikli qişanın bərpasını təmin edir.
Gülümbaharın (Kalendula) yağlı ekstraktı – tərkibi karotin, kumarinlər, fitonsidlər, kalendulozid, efir yağları, molibden, selen və sinklə zəngindir. Zəngin tərkibi hesabına güclü iltihab əleyhinə təsirə malikdir, selikli qişada tez bir zamanda iltihabi prosesi aradan götürür. Tərkibində olan fitonsidlər antibakterial təsir göstərir, kalendulozid zədələnmiş nahiyənin regenerasiyasını təmin edir, həmçinin spazmolitik təsirə malikdir.
Dekspantenol – selikli qişaların regenerasiyasını stimulə edir, hüceyrə metabolizmini yaxşılaşdırır və kollagen liflərin möhkəmliyini artırır.
Evkalipt yağı ekstraktı – Evkaliptin efir yağları 60-80%-ə qədər sineoldan (evkaliptol) ibarətdir. Sineol sayəsində antibakterial, iltihab əleyhinə, virus əleyhinə, analgetik və immunostimulyator təsirlərə malikdir, stafilokoklara, o cümlədən penisillinə davamlı mikroblara məhvedici təsir göstərir. Evkalipt yağı uşaqlıq yolunun selikli qişasına sakitləşdirici və nəmləndirici təsir göstərir.
Ortiliya ekstraktı – tərkibi kumarinlər, vitamin C, mikroelementlər, tanninlər, acı maddələr və fitoestrogenlərdən ibarətdir. İltihab əleyhinə, mikrob əleyhinə, ağrıkəsici, regenerasiyaedici və antioksidant təsirlərə malikdir. Təbabətdə bu bitkidən, əsasən qadın xəstəlikləri (iltihabi mənşəli xəstəliklər, qadın sonsuzluğu, endometrioz, menstrual və hormonal pozğunluqlar, fibroma və miomalar, vaginit, kolpit və s.) zamanı istifadə edilir.
İstifadəsinə tövsiyələr:
İSTİFADƏ QAYDASI:
Vaginal istifadə olunur. Applikatorun ucluğunu uşaqlıq yoluna yeridərək flakonu yumşaq basıb şırınqa ilə məhlulu boşaldaraq uşaqlıq yolu yuyulur. Duş məhlulunun istilik dərəcəsinin bədən temperaturuna uyğun olması üçün istifadədən öncə ilıq suda saxlamaq məsləhət görülür.
Vaginal duş müalicə məqsədilə gündə 1 dəfə, profilaktika məqsədilə həftədə 2-3 dəfə istifadə oluna bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Məhsulun təkibindəki komponentlərə qarşı hiperhəssaslıq.
BURAXILIŞ FORMASI:
Hər biri 100 ml olan 3 ədəd vaginal duş.
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar.
SAXLANMA ŞƏRAİTİ:
30ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
YARARLILIQ MÜDDƏTİ:
Qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadəsi məsləhət deyil.
MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHİBİ:
“PRUDENS PHARMA” LP, Şotlandiya.
İSTEHSALÇI:
Ulutan İlaç, Kimya Sanayi ve Dış Tic. Ltd. Şti., Türkiyə.
Dərman vasitəsi deyil.