Tərkibi: 1 fışıldayan tablet
Vitamin C – 500 mq
Köməkçi maddələr: Limon turşusu, sorbitol, natrium hidrokarbonat, limon dadlandırıcısı, polietilen qlikol, aspartam, natrium saxarin, riboflavin
XÜSUSİYYƏTLƏRİ:
C vitamini (Askorbin turşusu) – orqanizmdə əmələ gəlmir, yalnız qida ilə qəbul olunur. C vitamini oksidləşmə-reduksiya proseslərinin tənzimlənməsində, karbohidrat mübadiləsində, qanın laxtalanmasında, toxumaların regenerasiyasında, kortikosteroidlərin, kollagen və prokollagenin sintezində iştirak edir. Fol turşusu, pantoten turşusu, B1, B2, A və E vitamininə olan tələbatı azaldır. Kapilyarların keçiriciliyini normallaşdırır. Antioksidant təsiri sayəsində orqanizmin müdafiə qüvvələrini artırır.
C vitamininin hipovitaminozu zamanı tez yorulma, diş əti qanaması, infeksiyalara qarşı orqanizmin müdafiə qüvvələrinin zəifləməsi müşahidə olunur. C vitamininin avitaminozu zamanı isə sinqa xəstəliyi yaranır ki, bu zaman diş ətinin şişməsi, qanaması və dişlərin tökülməsi, kiçik dərilatı qansızmalar müşahidə olunur. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Bioloji fəallığa malik qida əlavəsi xəstəliklərin müalicəsi məqsədi ilə istifadə oluna bilməz.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
QƏBUL QAYDASI:
14 yaşdan yuxarı uşaqlar və böyüklər 1 tablet 200 ml soyuq suda həll olunaraq gün ərzində 1 dəfə yeməkdən sonra daxilə qəbul olunur. Qeyd olunan dozadan artıq qəbul etmək məsləhət görülmür. Tabletləri udmaq və ya çeynəmək olmaz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Qəbul qaydası həkim tərəfindən tənzimlənə bilər.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.
DOZA HƏDDİNİN AŞILMASI:
Qeyd olunan hallarda yüksək dozaların istifadəsi zamanı ehtiyatlı olmaq lazımdır: sideroblast anemiya, qlükoza-6-fosfatdehidrogenaza fermentinin çatışmazlığı, talassemiya, hemoxromatoz.
ƏLAVƏ TƏSİRLƏRİ:
Nadir hallarda allergik reaksiyalar, dispeptik hallar.
XÜSUSİ GÖSTƏRİŞLƏRİ:
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
BURAXILIŞ FORMASI: 20 fışıldayan tabletlər.
SAXLANMA ŞƏRAİTİ: 25C-dən aşağı temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
İSTEHSALÇI: ‘ERBEX’ S.r.l., İtaliya
MƏHSULUN VƏ ƏMTƏƏ NIŞANININ SAHİBİ: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland.