TƏRKİBİ: 1 saşedə
Glukozamin sulfat (Glucosamine sulfate) Xondroitin sulfat (Chondroitin sulfate) Metilsulfonilmetan (MSM) (Methylsulfonylmethane) Bosveliya qətranı ekst. ((Boswellia serrata) std. 65% boswellic acid) Natrium hialuronat (Sodium hyaluronate) Manqan (Manganese) Hidrolizə olunmuş kollagen (Hydrolyzed collagen) Vitamin E (α-Tocopherol acetate) Vitamin D3 (Cholecalciferol) Fol turşusu (Acidum folicum) Vitamin B12 (Cyanocobalamine) Vitamin C (Ascorbic Acid) Mis (Copper) Maqnezium (Magnesium) Selen (Selenium) Sink (Zincum) |
1000 mq 425,5 mq 300 mq 150 mq 40 mq 2 mq 200 mq 40 mq 10 mkq 0,4 mq 0,005 mq 60 mq 1 mq 4 mq 0,12 mq 10 mq |
XÜSUSİYYƏTLƏRİ: Qlükozamin sulfat – birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin molekulu mədə-bağırsaq traktından sorulur və daha sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin sulfat yüksək biomənimsənilməyə malikdir. Qlükozamin sulfat orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəliklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər.
Xondroitin sulfat – mukopolisaxarid təbiətli maddədir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının struktur və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdaq toxumasının strukturunun degenerasiya proseslərini tormozlayır. Qlükozaminqlikan sintezini stimulə etməklə oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir. Oynaq mayesinin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Eyni zamanda, damar divarının möhkəmliyini və elastikiliyini təmin edir. Həmçinin, sidik kolloidlərinin sintezində iştirak etməklə duzların çökərək sidik yollarında daş əmələ gətirməsinin qarşısını alır. Sümük toxumasından kalsiumun rezorbsiyasını ləngidir, osteoporozların inkişafını tormozlayır. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir.
Metilsufonilmetan (MSM) – orqanizmdə birləşdirici və digər toxumaların formalaşmasında və funksiyalarının normallaşmasında əvəzolunmaz rola malik, tərkibində kükürd saxlayan üzvi birləşmədir. MSM orqanizmdə əsasən qığırdaq, dırnaq, dəri və yumşaq toxumalarda çoxluq təşkil edir. Orqanizmdə yaş artdıqca MSM-in konsentrasiyası azalır. Digər kükürd saxlayan maddələrdən fərqli olaraq MSM heç bir qoxuya və qaz əmələgətirmə xüsusiyyətinə malik deyil və toxumaların hər hansı qoxu verməsi müşahidə olunmur. MSM kollagen sintezində, hüceyrələrdə oksidləşmə reaksiyalarında, karbohidrat mübadiləsində və turşu-qələvi balansının qorunmasında əvəzolunmaz rola malikdir. Hazırda MSM müxtəlif xəstəliklərin; artrit, osteoxondroz, oynaq ağrıları, bilək vətər sindromunda, allergiya, iltihab, mədə qıcqırması, rinit, saç tökülməsi problemlərində (kreatinin miqdarının normadan az olduğu hallarda), parazitar infeksiyalarda, iltihabi bağırsaq sindromunda, eyni zamanda dəri və dırnaq problemlərində geniş istifadə olunur. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır.
Bosveliya serrata ekstraktı – tərkibindəki bosvelin turşusu sayəsində oynaq xəstəliklərinin, osteoxondroz, artrit və revmatizmin müalicəsində yüksək effekt göstərir. Bununla yanaşı damar divarını möhkəmləndirərək qan dövranını yaxşılaşdırır. Dayaq-hərəkət aparatının hərəkətliliyini artırır, sümükləri və əzələləri möhkəmləndirir.
Natrium hialuronat – oynaq səthlərində suya birləşməklə, onu orada toplayır və saxlayır. Oynaq mayesi oynaq daxilində, onun qığırdaq səthləri arasında yerləşir. Onun əhəmiyyəti, oynaq səthlərinin sürtünmədə yeyilməsinin qarşısının alınması, sürtülmədə sürüşmənin artırılması, bufer qismində oynaq səthlərinin zərbədən qorunması və qığırdaq qişasının qidalandırıcı maddələrlə təmin edilməsindən ibarətdir. Artrozlarda oynaq mayesinin özüllüyünün azalması, oynaq fəaliyyətinin pozulmalarına gətirib çıxarır. Mayenin nəinki keyfiyyəti enir, habelə miqdarı da azalır. Na hialuronat oynaqdaxili mayeyə özüllük verməklə “sürüşkənliyin” əmələ gəlməsinə köməklik göstərir.
Kollagen – birləşdirici toxumanın əsas struktur zülalıdır. Kollagen qığırdaq toxumasında hüceyrə strukturlarını birləşdirərək karkas rolunu oynayır. Qığırdağın zədələnməsinin qarşısını alır. Qığırdaqların dehidratasiyasının qarşısını alaraq, elastikliyini artırır.
Manqan – qığırdaq toxumasının əsas maddəsi hesab olunan glukozaminin tərkibinə daxildir. Manqan qığırdaq toxumasının regenerasiyasını artırır və defisiti qığırdaq toxumasının elastikliyinin itməsinə, zədələnməsinə və nəticədə artroz, osteoxondroz kimi xəstəliklərin yaranmasına səbəb olur.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
Əks göstərişləri: Hamiləlik və laktasiya dövrü. Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq. 18 yaşa qədər şəxslər.
Əlavə təsirləri: Nadir hallarda dispeptik hallar, baş ağrısı, başgicəllənmə, allergik reaksiyalar.
İstifadə qaydası və doza: 18 yaşdan yuxarı 1 saşe gündə 1 dəfə suda həll olunaraq qəbul edilir. Dozanın artırılması məsləhət görülmür.
Buraxılış forması: №20 saşe.
Məhsulun və əmtəə nişanının sahibi: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland