TƏRKİBİ:15 ml
Vitamin D3 (Cholecalciferol) – 50000 BV (1000 BV/10 damcı)
KÖMƏKÇİ MADDƏLƏR:
Zeytun yağı (Olive oil (Olea europaea L.)), tokoferolların qarışığı (mix of tocopherols)
BURAXILIŞ FORMASI:
Məhlul
QABLAŞDIRMA FORMASI:
15 ml şüşə flakonda, karton qutu qablaşmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
4-14 yaş: gündə 2-3 damcı (200-300 BV).
14 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 6 damcı (600 BV).
4-14 yaş arası uşaqların istifadəsi üçün uyğundur.
ƏKS GÖSTƏRİŞLƏR:
Məhsulun hər hansı bir komponentinə qarşı fərdi həssaslıq, D vitamininin hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, sidik daşı xəstəliyi, sarkoidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri, böyrək çatışmazlığı, ağciyər vərəminin aktiv forması, 4 yaşa qədər uşaqlar.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Bioloji fəallığa malik qida əlavəsidir.
YARARLILIQ MÜDDƏTİ:
3 il.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
GRICAR CHEMICAL S.R.L, İtaliya.