Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
DENSKLAR 500 mq, səthi örtülü tabletlər.
Bu içlik vərəqədə verilən məlumatla tanış olmadan preparatı qəbul etməyə başlamayın.
Beynəlxalq patentləşdirilməmiş adı: Clarithromycin
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500mq klaritromisin vardır.
Köməkçi maddələr: tabletin nüvəsində – kroskarmelloza natrium, mikrokristalliksellüloza PH 102, maqnezium- stearat, kolloidal silisium 4-oksid.Tabletin örtüyü – Hipromelloza 2910 E5, makroqol 8000, titan 4-oksid (E171), sarıdəmir oksidi (E172).
Farmakoloji xüsusiyyətləri
Hər tabletin tərkibində 500 mq klaritromisin vardır. O, makrolidlər adlanan antibiotiklər qrupuna aiddir. Antibiotik, yoluxucu xəstəliyin səbəbi olan bakteriyaların inkişafını dayandırır.
İstifadəsinə göstərişlər
Əks göstərişlər
Əgər :
Siz preparatı qəbul etmədən öncə bu haqqda həkiminizə xəbər verməlisiniz!Xüsusilə diqqət yetirin, əgər Sizdə:
Siz preparatı qəbul etmədən öncə bu haqqda həkiminizə xəbər verməlisiniz!
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Aşağıda sadalanan preparatları qəbul edirsinizsə bu haqqda həkiminizə xəbər verin!
DENSKLAR peroral kontraseptivlərlə yanaşı qəbul olunduğu zaman yanaşı təsirlər törətmir.Əgər Siz reseptsiz buraxılan və ya bitki tərkibli preparatları da daxil olmaqla hər hansı digər preparat qəbul edirsinizsə, bu haqqda həkiminizə məlumat verin!
DENSKLARın yemək və içkilərlə qəbul olunması:
Preparatın qəbulu qida qəbulundan asılı deyil.
Hamiləlik və laktasiya dövründə istifadsi
Məlumdur ki, hamiləlik və laktasiya zamanı bir çox preparatların qəbulu məsləhət deyil. Buna görə preparatın qəbuluna başlamazdan əvvəl həkiminizlə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə təsiri haqqda məlumat yoxdur. Amma, qeyd olunur ki, Sizdə başgicəllənmə, əzginlik hissi yarana bilər.
İstifadə qaydası və dozası
Həkiminiz preparatı Sizə uyğun dozada təyin edib. Həkimin təlimatlarından mütləq yayınmayın. Əgər hansısa səbəbə görə Siz təlimatı oxuya bilmirsiniz və ya oxuyub başa düşməmisizsə, həkimə və ya əczaçiya müraciət edin.Tabletlər yarım stəkan su ilə qəbul olunmalıdır.
Böyüklər, yaşlı insanlar və 12 yaşdan yuxarı olan uşaqlar:
Böyrək problemləri olan xəstələr
Sizdə böyrək problemləri varsa, həkiminiz preparatın dozasını azaltmalıdır.
Qaraciyər problemləri olan xəstələr
Sizdə qaraciyər problemləri varsa həkiminiz preparatın dozasını azaltmalıdır.
12 yaşa qədər uşaqlar:
12 yaşa qədər uşaqlara preparat təyin olunmamalıdır.
Doza həddinin aşılması
Preparatı artıq dozada qəbul etmisinizsə, mütləq yaxında yerləşən təcili yardım şöbəsinə müraciət edin və ya həkiminizə xəbər verin. Sizdə qusma və mədə ağrıları əmələ gələ bilər.
Əgər Siz DENSKLAR tabletini qəbul etməyi unutmusunuzsa
Yadınıza düşən kimi və növbəti dozanın qəbuluna çox vaxt varsa mütləq preparatı qəbul edin. Əgər növbəti doza qəbuluna az vaxt qalıbsa yenə də preparatı bir dozada qəbul edin. Preparatın ikili dozada qəbulu qadağandır.
Siz DENSKLARın qəbulunu dayandırmısınız
Siz özünüzü yaxşı hiss etməyə başladız və preparatın qəbulunu vaxtından tez kəsmisiniz? Bunu etmək məsləhət deyil, çünki Sizi müalicədən öncə narahat edən problemlər təkrar qayıda bilər.
Əlavə təsirləri
Digər preparatlar kimi DENSKLAR da müəyyən əlavə təsirlər törədə bilər.Preparatın qəbulundan sonra Sizdə allergik reaksiya yarana bilər:
Bu əlavə effektlər təhlükəlidir, amma çox nadir hallarda əmələ gəlir.Əgər Sizdə yuxarıda qeyd olunan effektlər yaranmağa başlayırsa, mütləq yaxında yerləşən təcili yardım şöbəsinə müraciət edin və ya həkiminizə xəbər verin.Digər əlavə təsirlər:
Uzun müddət sürməyən və tez aradan qalxan əlavə təsirlər:
Nadir hallarda rast gələn əlavə təsirlər
Buraxılış forması
14 tablet, blisterdə. 1 blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
15° -30° C temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.