DUGOLIN rektal şam
DUGOLIN
Beynəlxalq patentləşdirilməmiş adı: Bismuth subgallate / Zinc oxide / Lidocaine
Hər rektal şamın tərkibi
Təsiredici maddə:
Bismut subqallat – 100 mq
Sink oksid – 100 mq
Lidokain – 60 mq
Köməkçi maddələr: bərk yağ və kolloid silisium dioksid
Təsviri
Sarımtıl rəngli şamlardır.
Farmakoterapevtik qrupu
Hemorroy (Babasil) əleyhinə vasitə.
Farmakoloji xüsusiyyətləri
DUGOLIN rektal şam – antiseptik, ağrıkəsici, iltihab əleyhinə, spazmolitik, büzücü və quruducu təsirlərə malikdir. Anorektal nahiyədə yaranan ağrı, qaşınma və diskomfort hissini aradan qaldırır, qanamaların qarşısını alır.
Farmakodinamika
Bismut subqallat – antibakterial effektə malikdir, yara səthini infeksiyadan qoruyur, tez sağalmasını təmin edir. Həmçinin büzücü təsiri sayəsində qanamaların qarşısını alır, yarasağaldıcı təsirə malikdir.
Sink oksid – selikli qişalara antiseptik, büzücü təsirlərə malikdir. Eyni zamanda zədə nahiyəsində nəmi özünə çəkərək quruducu təsir göstərir, infeksiyanın yayılmasının qarşısını alır.
Lidokain – yerli anestetik təsir göstərərək ağrı və yandırma hissini tez bir zamanda aradan qaldırır.
Farmakokinetika
Bismut subqallat və Sink oksid yerli olaraq təsir göstərir, sorulmur. Lidokain digər yerli anestetiklərdən fərqli olaraq təsirini daha tez göstərir. Rektal istifadə zamanı biomənimsənilməsi 50% təşkil edir. Bir rektal şam istifadəsindən sonra qanda maksimal konsentrasiyası 112 dəqiqədən sonra 0,70 mkq/ml təşkil edir. Qaraciyərdə metabolizmə uğrayır, metabolitlər 10% dəyişilməmiş şəkildə sidiklə xaric olunur.
İstifadəsinə göstərişlər
Əks göstərişlər
Preparatın tərkibində olan hər hansı bir komponentə qarşı fərdi hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hemorroyun ağır formaları müşahidə olunan və ya uzun müddət hemorroydan əziyyət çəkən xəstələrdə əlamətlər yenə də davam edərsə, qanama artarsa həkimə müraciət etmək məsləhət görülür.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Preparatın tərkibində lidokain olduğu üçün antiaritmik preparatlar qəbul edən xəstələr ehtiyatla istifadə etməlidirlər.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə həkim təyinatı ilə istifadəsi mümkündür.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və digər xüsusi diqqət tələb edən mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsir etmir.
İstifadə qaydası və dozası
DUGOLIN şam rektal istifadə üçün nəzərdə tutulub. Şəxsi gigiyenanın bütün qaydalarına riayət edərək və mümkün olduğu qədər defekasiya aktından sonra 1 rektal şam gündə 1-3 dəfə düz bağırsaq nahiyəsinə dərinə yeridilir. Daha sonra təxminən 15-20 dəqiqə sakit vəziyyətdə uzanmaq tövsiyə olunur. Müalicə kursu adətən 10-14 gün davam edir.
Şamı istifadə etdikdən sonra 10 dəqiqə ərzində əgər defekasiya aktı müşahidə olunarsa yenidən əlavə bir şam da istifadə olunmalıdır. Əgər şamın istifadəsi ilə defekasiya aktı arasında 10 dəqiqədən çox vaxt keçibsə əlavə şam istifadəsinə ehtiyac yoxdur.
Əlavə təsirləri
Nadir hallarda yerli allergik reaksiyalar müşahidə oluna bilər.
Doza həddinin aşılması
Preparatın cüzi absorbsiyası ilə əlaqədar olaraq intrarektal yeridilmə zamanı doza həddinin aşılması halları müşahidə olunmayıb.
Buraxılış forması
10 rektal şam. Hər biri 5 rektal şamdan ibarət 2 blister karton qutuda qablaşdırılıb.
Saxlanma şəraiti
25ºС-dən yüksək olmayan temperaturda, quru, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
4 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Fulton Medicinali S.p.A.
Via Marconi 28/9, 20044 Arese, Milan-İtaly.
Qeydiyyat vəsiqəsinin sahibi:Prudens Pharma LP, Scotland.
Office 7, Centrum offices, 38 Queen street, Glasgow, Scotland, G1 3 DX.
Məhsulun və əmtəə nişanının sahibi:
Prudens Pharma LP, Scotland.
Office 7, Centrum offices, 38 Queen street, Glasgow, Scotland, G1 3 DX.