Bioloji fəallığa malik qida əlavəsi
TƏRKİBİ:
Jenşen-250 mq
Fol turşusu-200 mkq
Royal Jele-250 mq
Sink-25 mq, Selen-81 mkq
Vitamin B1-1,0 mq
Vitamin B2-1,4 mq
Vitamin B12 -2,5 mkq
Vitamin E – 36 mq
Vitamin C-120 mq
Vitamin B6 -1,4 mq
Dens-vit Forte orqanizmin immun zəifliyini aradan qaldırmaq üçün xüsusi hazırlanmış preparatdır. Tərkibindəki bütün vitamin, mineral, makro və mikroelementlər bioloji aktiv halda və rahat mənimsəniləcək birləşmələr formasındadırlar. Bütün vitamin, mineral, makro və mikroelementlər orqanizmin gündəlik tələbatına uyğun balanslaşdırılmışdır. Tərkibindəki antioksidantlar (vitamin C, E, Se, Zn ) qocalma prosesini, aterosklerozun yaranmasını ləngidir, hüceyrələri zərərli faktorlardan müdafiə edir. Balanslaşdırılmış miqdarda olan B qrupu vitaminləri sinir sistemini möhkəmləndirərək normal fəaliyyətini təmin edir. Sink isə nəinki, zərərli radikallardan müdafiəni gücləndirir, həmçinin cinsi hormonların sintezini artırır və prostat vəzinin normal fəaliyyətini təmin edir.Dens-vit Forte tərkibindəki vitaminlərlə, amin turşularla, fosfolipidlərlə , sterollarla və fermentlərlə zəngin Royal Jelle hesabına çox güclü immunostimulyator, immunomodulyator, antioksidant və antihipoksant təsirlərə malikdir. Dens-vit Forte hər növ avitaminozlar, hipovitaminozlar və mikroelement çatışmazlığı zamanı istənilən qrup xəstələrə təyin edilə bilər.Dens-vit Forte tərkibində jenşen hesabına, hansı ki, fizioloji aktiv maddələrlə – panaksin, linol, olein, stearin, palmitin turşuları, fitosterinlər, selik, nişasta, aşı və pektin maddələri, askorbin turşusu, B1, B2 vitaminləri, K, Ca, Mq, Fe makroelementləri və Mn, Cu, Zn zəngin olduğundan,fiziki və zehni yorğunluq, iş qabiliyyətinin azalması, nevroz, nevrasteniya, yuxusuzluq, miqren, ürək-damar sisteminin funksional pozulmaları, qaraciyər, böyrək, mədə-bağırsaq, ağciyər xəstəlikləri, revmatizm, şəkərli diabet, impotensiya, həmçinin ağır infeksion xəstəliklərdən sonra reabilitasiya məqsədi ilə istifadə olunur.
GÖSTƏRİŞLƏRİ:
– Vitamin, mineral, makro və mikroelement deffisitinin müalicəsi və profilaktikası, eyni zamanda vitamin, mineral, makro və mikroelementlərə tələbatın yüksəldiyi hallar.
– Cinsi fəaliyyətin zəifləməsi, sonsuzluq.
– Miqren, nevrozlar, nevrasteniya,nevritlər.
– İmmun sistemin zəifləməsi, cərrahi, somatik və infeksion xəstəliklərin reabilitasiyası zamanı.
– Göz xəstəlikləri.
– Şəkərli diabet.
– Ürək-damar sistemi xəstəlikləri. Ateroskleroz.
– Xroniki yorğunluq sindromu. Stress, asteniya və nevrotik vəziyyətlərin profilaktikası.
– Müxtəlif etiologiyalı dermatit və dermatozlar.
– Onkoloji xəstəliklərin şüa vəkimyəviterapiyası zamanı aktiv profilaktika tədbirlərinin aparılması məqsədi ilə.
– Oynaq və digər dayaq-hərəkət sistemi xəstəlikləri. Revmatizm.
– Vaxtından əvvəl qocalmanın qarşısını almaq məqsədi ilə.
– İdmançılarda artıq fiziki yüklənmə zamanı.
ƏLAVƏ TƏSİRLƏRİ: Düzgün dozalanma aparıldıqda praktiki olaraq əlavə təsirlər müşahidə olunmur. Nadir hallarda dispeptik əlamətlər.
ƏKS GÖSTƏRİŞLƏRİ: Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq, 8 yaşa qədər uşaqlar.
İSTİFADƏ QAYDASI: Gün ərzində bir həb, səhər-yemək vaxtı bol maye ilə qəbul edilir.
BURAXILIŞ FORMASI: Dens-vit Forte №20 həb,hər biri 10 həbdən ibarət 2 bilisterdə, karton qutuda qablaşdırılmışdır.
APTEKDƏN BURAXILIŞ QAYDASI: Reseptsiz.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Şotlandiya