TƏRKİBİ: 100 ml-də
Glukozamin sulfat – 2%
Bosvelia serrata – 2%
MSM – 2%
Metilsalisilat – 1%
Mentol – 1%
Zeytun yağı – 40%
Kamfora – 12%
Evkaliptol (sineol) – 8.9%
Muskat qozu yağı – 3.4%
Tuya yağı – 2.9%
Şam ağacı efir yağı – 30.9%
Kəkliotu yağı – 0.6%
İzomentol – 18.6%
XÜSUSİYYƏTLƏRİ: Qlükozamin sulfat – Qlükozamin sulfat birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin sulfat yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə yaxşı sorulma qabiliyyətinə malik olduğundan, sorulduqdan sonra qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Qlükozamin sulfat orqanizm üçün təhlükəsizdir və müxtəlif tədqiqatlara əsasən revmatik xəstəlklərin korreksiyasında uzunmüddətli istifadə oluna bilər.
Metilsufonilmetan (MSM) – orqanizmdə birləşdirici və digər toxumaların formalaşmasında və funksiyalarının normallaşmasında əvəzolunmaz rola malik, tərkibində kükürd saxlayan üzvi birləşmədir. MSM orqanizmdə əsasən qığırdaq, dırnaq, dəri və yumşaq toxumalarda çoxluq təşkil edir. Orqanizmdə yaş artdıqca MSM-in konsentrasiyası azalır. Digər kükürd saxlayan maddələrdən fərqli olaraq MSM heç bir qoxuya və qaz əmələgətirmə xüsusiyyətinə malik deyil və toxumaların hər hansı qoxu verməsi müşahidə olunmur. MSM kollagen sintezində, hüceyrələrdə oksidləşmə reaksiyalarında, karbohidrat mübadiləsində və turşu-qələvi balansının qorunmasında əvəzolunmaz rola malikdir. MSM əzələlərin və vətərlərin qan təchizatını və normal iş fəaliyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Oynaqların hərəkətliliyini artırır.
Boswelliya serrata ekstraktı – tərkibindəki bosvelin turşusu sayəsində oynaq xəstəliklərinin, osteoxondroz, artrit və revmatizmin müalicəsində yüksək effekt göstərir. Bununla yanaşı damar divarını möhkəmləndirərək qan dövranını yaxşılaşdırır. Dayaq-hərəkət aparatının hərəkətliliyini artırır, sümükləri və əzələləri möhkəmləndirir.
İSTİFADƏSİNƏ TÖVSİYƏLƏR:
Əks göstərişləri: Tərkibindəki hər hansı komponentə qarşı həssaslıq.
Əlavə təsirləri: Nadir hallarda allergik reaksiyalar.
İSTİFADƏ QAYDASI: Gün ərzində 2-4 dəfə travma və ya xəstəlik müəyyən edilən nahiyələrə sürtülur.
BURAXILIŞ FORMASI: PRUART krem 100 ml həcmə malik tubda.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ: PRUDENS PHARMA LP, Office 7, Centrum Offices, 38 Queen Street, Glasgow, Scotland