Tərkibi : 1 kapsulda 150 mq flukonazol vardır.
Farmakoterapevtik qrupu: Sistem istifadə üçün antifunqal preparat.
Farmakoloji xüsusiyyətləri
Flukonazol – triazol qrupundan göbələk əleyhinə vasitədir, göbələk hüceyrələrində sterolların sintezinin güclü və selektiv blokatorudur, onların hüceyrə divarlarının keçiriciliyini azaldır. Candida spp., Microsporum spp., Cryptoccus neoformans, Trichophyton spp., Blastomyces dermatitidis, Coccidiodes immitis və Histoplasma capsulatum tərəfindən törədilən göbələk xəstəliklərində effektivdir. Göbələk fermentlərinə qarşı yüksək spesifik təsir göstərir.
Farmakokinetikası Daxilə qəbul edildikdən sonra yaxşı sorulur və qatılığı plazmada 90%-ə çatır. Eyni vaxtda qida qəbulu preparatın absorbsiyasına mane olmur. 0,5-1,5 saatdan sonra plazmada ən yüksək həddə çatır və yarımatılma dövrü 30 saata bərabər olur. Preparatın plazma zülalları ilə birləşməsi 11-12%-ə bərabərdir. Flukonazol orqanizmin bütün bioloji mayelərinə yaxşı keçir. Əsasən böyrəklərlə xaric olunur. Qəbul olunan dozanın 80%-i sidiklə dəyişilməmiş formada xaric olur. Qanın plazmasından yarımxaricolma dövrünün uzunmüddətli olması vaginal kandidozda preparatın birdəfəlik qəbuluna və digər göstərişlərlə gündə 1 dəfə və ya həftədə 1 dəfə istifadəsinə imkan yaradır.
İstifadəsinə göstərişlər
Əks göstərişləri Flukonazol aktiv maddə kimi özü, yaxud pirrol və ya digər inqrediyentlərlə əlaqədar yüksək həssaslığı olan xəstələrdə istifadə olunmamalıdır. Çoxsaylı tədqiqatların nəticələrindən bəlli olub ki, Flukonazolun 400 mq/gün və daha yüksək dozalarının təkrar qəbulu ilə yanaşı Terfenadin preparatının təyini əks göstərişdir. Flukonazol qəbul edən xəstələrə yanaşı olaraq Sizaprid, Astemizol, Pimozid və Xinidin kimi dərman preparatları təyin edilməməlidir.
Hamiləlik və laktasiya dövründə istifadəsi Hamiləlik zamanı istifadəsi məqsədəuyğun deyil. Yalnız hamilə qadının həyatı üçün təhlükə törədən ağır göbələk infeksiyaları istisna olmaqla (əgər gözlənilən effekt döl üçün olan riskdən üstündürsə). Ana südündə preparatın qatılığı qan plazmasındakı qatılığa bərabər olur. Ona görə laktasiya zamanı Flukonazol təyini məsləhət görülmür.
İstifadə qaydası və dozası Fərdidir. Flukonazol gündəlik dozası göbələk infeksiyasının təbiətindən və ağırlıq dərəcəsindən asılı olaraq təyin olunur.
Vaginal kandidozda Denscef- 150 mq olmaqla birdəfəlik dozada daxilə təyin olunur.
Vaginal kandidozun residivlərinin qarşısını almaq üçün – ayda 1 dəfə 150 mq qəbul olunur. Müalicə müddəti fərdidir: 4-12 ay.
Kandidozun profilaktikası üçün – 50-400 mq olmaqla gündə bir dəfə göbələk infeksiyası yaranma riskindən asılı olaraq təyin olunur
Pəncə, qasıq nahiyəsi, dəri mikozlarında – 150 mq olmaqla həftədə 1 dəfə təyin olunur. Müalicə müddəti 2-4 həftədir.
Antibiotiklərlə müalicədən sonra və immunitet zəifliyində profilaktik məqsədlə – 150 mq olmaqla həftədə bir dəfə təyin olunur.
Onixomikozda – preparat 150 mq olmaqla həftədə 1 dəfə, dırnaq sağalana qədər qəbul edilir.
Yayılmış kandidoz və digər invaziv kandidozlarda -l ilk günlərdə 450 mq, sonrakı günlərdə isə 150-450 mq təyin olunur. Müalicə klinik effektdən asılı olaraq davam etdilir.
Sistem kandidozlarda – həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir.
Kriptokokk kandidozlarda – həftədə 150-450 mq təyin olunur. Müalicə 2 il davam etdirilir.
Kriptokokk meningitində və digər lokalizasiyalı kriptokokklarda – birinci gün 400 mq, sonrakı günlər isə 200-400 mq gündə 1 dəfə təyin olunur. Müalicənin müddəti klinik effektdən asılıdır.
Əlavə təsirləri İstənilən digər preparatlar kimi Denscef ona qarşı yüksək həssaslığa malik pasiyentlərdə əlavə təsirlər yarada bilər. Nadir hallarda qaraciyərə mənfi təsir göstərə bilər,yuxu pozğunluğu, başgicəllənmə, allergik reaksiyalar və s. verə bilər.
Doza həddinin aşılması Flukonazolun doza həddinin aşılması ilə əlaqədar hallusinasiyalar və paranoid davranış kimi halların olması haqda məlumatlar vardır. Əgər doza həddinin aşılması baş verərsə, simptomatik və dəstəkləyici terapiya aparılmalı və mədə yuyulmalıdır. Flukonazol əsasən sidiklə ekskresiya olunur: Gücləndirilmiş diurez eliminasiyanı artıra bilər. 3 saatlıq hemodializ seansı plazmada olan səviyyəsini təxminən 50% azaldır.
Buraxılış forması 4 kapsul, blisterdə. 1 blister, içlik vərəqə ilə birlikdə orijinal karton qutularda qablaşdırılır.